Bakı şəhər Nəsimi rayonu Ənvər Qasımzadə küçəsində, Zorge Parkın ərazisində aparılan tikinti işləri sakinləri narahat edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
İddia edilib ki, bu tikintinin aparılması qanunauyğun deyil.
Belə ki, şifarişçisi “İNAM-V” MMC, layihəçisi “M-ARCH GROUP” MMC, podratçısı isə “BOLLUQ” İstehlak Koperativi olan binanın tikintisinə 01.12.2025- ci ildə başlanılıb.
İlkin olaraq binanın tikintisinin 01.07.2026-cı il tarixində başa çatması planlaşdırılsa da daha sonra ölçüləri də daxil olmaqla tikintinin başa çatma müddəti də dəyişdirilərək 01.12.2026-cı ilə keçirilib.
“Üçüncü dəfədir ki, Zorge Parkın ərazisində aparılan tikinti ilə bağlı yazıram. Bakı sakinlərinin sevimli parkının ərazisində ortamərtəbəli bina tikilir, halbuki məlumat lövhəsində cəmi 1 mərtəbə göstərilib!
Hazırda artıq binanın üçüncü mərtəbəsi tikilir! Bundan əvvəl zirzəmi və birinci mərtəbə inşa olunub!
Məlumat lövhələrində rəqəmlərin necə dəyişdirildiyinə diqqət yetirin:
— əvvəlcə binanın ölçüləri 33 × 19 metr göstərilirdi, sonra isə 33,2 × 19,8 metr oldu!
— əvvəl hündürlük 5,7 metr idi, daha sonra isə 6,6 metr göstərildi!
Bəs 13.12.2024 tarixli 38731 nömrəli dövlət ekspertizası rəyi necə oldu? Ona dəyişiklik edilibmi?
Bəs 13.06.2025 tarixli ETİ-36/25 nömrəli tikintiyə icazə sənədi necə? Ona da dəyişiklik edilibmi?”
Memar onu da qeyd edib ki, məsələ ilə bağlı Nəsimi rayonunun baş memarı ilə şəxsən danışıb. Ona yalnız bir mərtəbəli binanın tikiləcəyi bildirilib.





Son xəbərlər
Son Xəbərlər