“Qafqazinfo” xəbər verir ki, bu sözləri İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov “İrəli” İctimai Birliyinin gənc jurnalistlər üçün təşkil etdiyi “Gənc Əkinçi” layihəsinin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, tikintinin 51 faizi Azərbaycanın, 49 faizi isə bolqarların payına düşür: "İsmayıllı rayonundan 20-25 nəfər Bolqarıstana səfər edib onların təcrübələrini öyrənəcəklər. Bundan başqa, rayonda yarımkeçiricilər-məişət xidməti cihazları istehsal edən zavodun tikintisi də davam edir. Bu Yaponiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məlumat üçün bildirim ki, İsmayıllı şəhəri Yaponiyanın İto şəhəri ilə qardaşlaşıb. Yaponiya Bakının Suraxanı, Yasamal və Sabunçu rayonlarında yapon bağı salacaq. Həmin bağın ağaclarını tinglərini isə İsmayıllıda yetişdirəcəklər. Hazırda həm İsmayıllı, həm də Azərbaycanın digər rayonları üçün Yaponiyada çox əlverişli iqtisadi bazar var. Sahibkarlar bunu dəyərləndirə bilərlər. Məsələn, şabalıd qurusu, narşərab və digər kənd təsərufatı məhsulları Yaponiyada böyük alıcılıq qüvvəsinə malikdir. Azərbaycan dövləti bu kimi fəaliyyətlə məşğul olmaq üçün hər bir şərait yaradıb, yetər ki hər kəs qanun çərçivəsində iş görsün”.
İcra başçısı həmçinin jurnalistlərin fəaliyyətinə də toxunub. Qeyd edib ki, icra başçılarının ən çox qorxduğu qüvvə jurnalistlərdir: "Çox vaxt reket jurnalistlər həqiqətə uyğun olmayan informasiyalar yayırlar. Amma icra başçılarını tənqid edən zaman mövzulara səthi yanaşırlar. Onlar aparılan işlərdən xəbəri olmadan informasiyalar yayırlar. İsmayıllıda gənc təşkilatların seminarlarının keçirilməsi o cümlədən "İrəli" ictimia birliyinin burada belə bir tədbirin həyata keçirilməsi çox müsbət haldır. Onların cəmiyyətə inteqrasiya olmasında vasitəçi olmaq lazımdır. Biz də lazimi dəstək veririk, bundan sonra da verəcəyik”.
M. Sadıqov gənclərin İŞİD-in sıralarına qoşulmasından da danışıb. Bildirib ki, bəzi insanlar var ki, xam xəyallar arxasına düşüb özləri məhv edirlər: "Mən çox xəcalət çəkirəm ki, İsmayıllıdan bir nəfər İŞİD-in tərkibində vuruşub, birinin meyiti rayona gəlib. Bu bizim ideologiyamızda olan boşluqdur ki, insanlarımız Qarabağı qoyub gedib İŞİD-ə qoşulur. Gənclər cəmiyyətə yaralı bir şəxsiyyət kimi formalaşması üçün pis vərdişlərdən uzaq olmalıdır, asudə vaxtlarını səmərəli keçirməlidirlər. Biz bu problemi birlikdə həll etməliyik”.
Elvin
Son xəbərlər
Son Xəbərlər