“Mənzil sadəcə dörd divar və bir dam demək deyil. Mənzil təhlükəsizlikdir, ailə həyatıdır, sağlamlıqdır, təhsilə əlçatımlılıqdır, məşğulluğa yaxınlıqdır, məhəllə mədəniyyətidir və insanın yaşadığı şəhərə aidiyyət qura bilməsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə parlamentinin üzvü Adil Karaismailoğlu WUF13 çərçivəsində parlamentarilərin dəyirmi masasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, mənzil ehtiyacı rifah, maliyyə, ərazilərin idarə edilməsi, infrastruktur, fəlakət riski, iqlim dəyişikliyi, yerli idarəetmə potensialı və insan haqları ilə birbaşa əlaqəlidir: “Türkiyə olaraq mənzil məsələsinə uzun illərdir sosial dövlət anlayışı, planlı şəhərsalma, fəlakətlərə dayanıqlı infrastruktur və insan yönümlü inkişaf perspektivi ilə yanaşırıq. Bizim üçün mənzil istehsal etmək, yalnız bina tikmək deyil. Təhlükəsiz yuvalar qurmaq, məhəllələr inşa etmək, vətəndaşlarımızı hüzurlu və dayanıqlı yaşayış sahələrinə qovuşdurmaqdır”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər