Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Özü də, tələbəsi də öldü

meshur-aktyorun-idare-etdiyi-teyyare-qezaya-ugradi
Oxunma sayı: 426

ABŞ-də yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində sükan arxasında olan 46 yaşlı tanınmış israilli aktyoru Qi Kapulnik həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Need To Know” nəşri məlumat dərc edib.

Bildirilib ki, hadisə sentyabrın 24-də Kaliforniya ştatındakı Hesperiya hava limanı yaxınlığında baş verib.

Belə ki, aktyorun idarə etdiyi “Aeronca Champion” tipli təyyarədə həmçinin onun uçuş dərsi keçdiyi qadın sərnişin olub. Qəza nəticəsində onların hər ikisi həlak olub.

Faciənin dəqiq səbəbləri hələlik məlum deyil. ABŞ-nin Federal Aviasiya İdarəsi və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası faktla bağlı araşdırmalara başlayıb.