Devid və Viktoriya Bekhem cütlüyü böyük oğulları Bruklin Pelts-Bekhemlə münasibətlərini bərpa etməyə çalışır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Cut” nəşri ailəyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, cütlük Bruklin və həyat yoldaşı Nikola Peltslə istənilən formatda və istənilən şəxslərin iştirakı ilə görüşməyi təklif edib. Lakin hazırda valideynlərin barışmaq cəhdlərinin uğursuz olduğu qeyd edilir.
Belə ki, daha əvvəl mətbuatda Bekhemlərin böyük oğlunun qayınatası, iş adamı Nelson Peltsun xeyrinə seçim etdiyi barədə xəbər yayılmışdı. İddialara görə, sərvəti təxminən 1,5 milyard dollar qiymətləndirilən Pelts ailəsinin nüfuzu Bruklin və Nikolaya elit həyat sürmək imkanı verir.
Buna baxmayaraq, Bekhemlər həm sosial şəbəkələrdə, həm də real həyatda oğullarına sevgilərini nümayiş etdirməyə davam edirlər. Ötən ay həm Devid, həm də Viktoriya “Instagram”da Bruklinin ad günü münasibətilə təbrik paylaşımları ediblər.
Xatırladaq ki, bu ilin əvvəllərində Bruklin Pelts-Bekhem ailəsini ağır ittihamlarla hədəf almışdı. Belə ki, o, valideynlərini həyatını idarə etməkdə və 2022-ci ildə ailə həyatı qurduğu xanımı Nikola Peltsilə münasibətlərini pozmağa çalışmaqda günahlandırmışdı.
Son xəbərlər
Son Xəbərlər