Məşhur qalmaqalın iştirakçısı təcrübəsini qazanca çevirir - 875 dollara

meshur-qalmaqalin-istirakcisi-tecrubesini-qazanca-cevirir
Oxunma sayı: 1291

Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində “kiss-cam” (öpüş kamerası) qalmaqalından sonra məşhurlaşmış Kristin Kabot məşhurluğunu qazanca çevirmək niyyətindədir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Astronomer” IT şirkətinin keçmiş HR rəhbəri “PRWeek Crisis Comms Conference 2026”da çıxış edəcək.

Məlumata görə, Kabot konfransda “Mən öz narrativim üzərində nəzarəti necə geri qaytardım” adlı təqdimatla çıxış edəcək. Təqdimat zamanı o, məşhur qalmaqaldan sonra üzərindəki damğadan necə qurtulduğu barədə danışacaq. 

Kabot səhnədə tək olmayacaq. Belə ki, ona ulduz PR-mütəxəssisi Dini fon Müfflinq qoşulacaq. Sessiya zamanı ikili Kristinə öz tarixçəsini yenidən yazmağa kömək edən strategiyanı paylaşacaq. 

Qeyd edək ki, 16 aprel 2026-cı ildə Vaşinqtonda keçiriləcək tədbirə giriş biletinin qiyməti 875 ABŞ dolları (təxminən 1487 AZN) təşkil edir. Bəzi izləyicilər bu qiyməti həddindən artıq yüksək hesab ediblər. 

Xatırladaq ki, Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in ötən ilin iyul ayında Bostonda keçirilən konserti zamanı “kiss-cam” təsadüfən “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayronun şikətinin HR rəhbəri Kristin Kabotla xəyanətini üzə çıxarmışdı. Cütlüyün görüntüləri sosial şəbəkələrdə viral olmuşdu. Sonradan Kabotun həyat yoldaşından boşanmış olduğu, Endi Bayronun isə Meqan Kerriqan Bayronla evli olduğu ortaya çıxıb. Xəyanətləri aşkara çıxan “Astronomer” IT şirkətinin rəhbəri və şirkətin HR rəhbəri işdən kənarlaşdırılıb.