Məşhur qəzeti ölkənin milli təhlükəsizliyi üçün təhdid adlandırdı

meshur-qezeti-olkenin-milli-tehlukesizliyi-ucun-tehdid-adlandirdi
Oxunma sayı: 424

“The New York Times”, onların yalanları və məqsədyönlü şəkildə etdikləri təhriflər ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhdiddir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.

O, nəşri xalqın əsl düşməni adlandırıb.

“Onların radikal solçu, nəzarətsiz davranışları, dərc etdikləri bitib-tükənməyən feyk məqalələri və fikirləri ilə mübarizə aparılmalı, bunun qarşısı alınmalıdır”, - Tramp paylaşımında bildirib.

Xatırladaq ki, D. Tramp sentyabr ayında “The New York Times” qəzetini məhkəməyə vermişdi. Ağ Ev rəhbəri nəşri 2024-cü ildəki prezident seçkiləri zamanı rəqibi Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, eləcə də özü və ailə üzvləri ilə bağlı böhtan xarakterli məlumatlar yaymaqda ittiham etmişdi.