Məşhur rus aktyor vəfat etdi - Video

meshur-rus-aktyor-vefat-etdi
Oxunma sayı: 3649

Məşhur kino və teatr aktyoru xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Bildirilib ki, Rusiyanın xalq artisti və Satira teatrının prezidenti Aleksandr Şirvindt 90 yaşında vəfat edib.

Qeyd edək ki, Aleksandr Şirvindt 1934-cü il iyulun 19-da Moskvada anadan olub.

O, Şukin adına Teatr Məktəbini bitirib və 1956-cı ildə Lenin Komsomolu (“Lenkom Mark Zaxarova”) Teatrının truppasına qəbul olunub.

1968-ci ildə səhnə ustası yaradıcılığını Malaya Bronnayadakı Moskva Dram Teatrında davam etdirib.

1970-ci ildən Satira Teatrının truppasının üzvü olub. B.V.Şukin adına Teatr İnstitutunda dərs deyib. 2000-2021-ci illərdə Satira Teatrının bədii rəhbəri, 2021-ci ildə isə teatrın prezidenti seçilib.