Əfsanəvi futbolçu Lionel Messi Ekvadorun Guayaquil şəhərində “İnter Mayami” ilə “Barselona” İdman Klubu arasında keçirilən yoldaşlıq oyununda (2:2) 2026-cı ilin ilk qolunu vurub.
“Qafqazinfo” xəbər verir ki, argentinalı ulduz rəqib cərimə meydançasına irəliləyərək, xarakterik sol ayaq zərbəsi ilə topu qapıya göndərib.
Messi komandasının vurduğu ikinci qola məhsuldar ötürmə verib.
Bu matçla “İnter Mayami”nin Cənubi Amerikadakı yoldaşlıq oyunları seriyasına yekun vurulub.
Son xəbərlər
Son Xəbərlər