Messidən yubiley qolu - Video

messiden-yubiley-qolu
Oxunma sayı: 2337

Ötən gecə MLS liqasında “Orlando Siti”ni 5:0 hesabı ilə yenən “İnter Mayami”nin argentinalı superulduzu Lionel Messi dubl etdiyi görüşdə yubiley qoluna imza atıb.

“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı Leo ölkə çempionatlarında 500-cü qolunu vurub. 

Matçın və həmin qolun görüntülərini təqdim edirik:

Qeyd edək ki, Messi bütün rəsmi turnirlərdə 891 matçda meydanda olub.  O, bu qarşılaşmalarda 722 qol vurub, 345 məhsuldar ötürmə edib.