Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

messinin-seferini-teskil-eden-sexs-saxlanildi
Oxunma sayı: 1853

Xəbər verdiyimiz kimi, futbol ulduzu Lionel Messinin Hindistana səfəri qalmaqalla yadda qalıb.

“Qafqazinfo”nun məlumatına görə, Kələkətə şəhərində onun iştirakı ilə keçirilən tədbir zamanı azarkeşlər gözləntilərinin doğrulmamasına etiraz ediblər.

TASS-ın məlumatına görə, baş verən hadisələrlə əlaqədar Hindistan polisi tədbirin əsas təşkilatçısı Satadru Duttanı saxlayıb və onun həbs olunacağını bildirib.

Həmçinin qeyd edilib ki, satılan biletlərin pulu azarkeşlərə geri qaytarılacaq.