Mətanətdən oğlunun 2-ci dəfə evlənəcəyi xəbərinə reaksiya - Video

metanetden-oglunun-2-ci-defe-evleneceyi-xeberine-reaksiya
Oxunma sayı: 4630

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin ikinci dəfə ailə həyatı quracağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, “10-da görüşək” proqramında qonaq olan müğənni məsələyə belə aydınlıq gətirib:

“Həqiqətləri ancaq mən deyə bilərəm. O da lazım bilsəm. Bu fotolar hələ nəsə demək deyil. Yəni mən xəbər verəcəyəm. O qədər eyni adda adamlar var ki... Bir odur? Bu bir təsadüfdür. Məsələn, bacımın qızının evində də nişan olub”.

Qeyd edək ki, ötən gün M.İsgəndərlinin eks-gəlini Canana (Aynur Həmidova) müğənninin oğlu Kərimin ikinci dəfə ailə həyatı quracağı barədə instaqramda məlumat vermişdi.