Mikroavtobus “KamAZ”a çırpıldı - Xəsarət alanlar var

mikroavtobus-kamaza-cirpildi
Oxunma sayı: 578

Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.