Milli Məclis səfərbərliklə bağlı dinləmə keçirəcək

milli-meclis-seferberlikle-bagli-dinleme-kecirecek
Oxunma sayı: 912

Milli Məclisdə Hərbi səfərbərlik və hərbi xidmətkeçmə haqqında ictimai dinləmə keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planına daxil edilib.

Qeyd edək ki, iş planına, həmçinin Prezidentin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə baxılması da daxildir.

Nuranə Daxilqızı