Millimiz İsveçrəyə məğlub oldu

millimiz-isvecreye-meglub-oldu
Oxunma sayı: 1375

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv evdə İsveçrə ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin 85:55 qələbəsi ilə yekunlaşıb.

Üç qarşılaşmadan sonra yığmamız 5 xalla dördüncü sırada qərarlaşıb. Lider İsveçrə isə 8 xala malikdir.