Millimizin üzvü Cənubi Koreya klubu ilə yeni müqavilə imzaladı

millimizin-uzvu-cenubi-koreya-klubu-ile-yeni-muqavile-imzaladi
Oxunma sayı: 1340

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın “Tedjon Hana Sitizen” klubu ilə yeni müqavilə imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, klubun mətbuat xidməti Krivotsyukla sözləşmənin 2027-ci il dekabrın 31-dək uzadıldığını açıqlayıb.

Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya klubunda çıxış edir.