2027-ci il yanvarın 1-dən Misirə birdəfəlik giriş vizasının qiyməti 30 dollardan 33 dollara qaldırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Masrawy” nəşri ölkənin Turizm Şirkətləri və Agentlikləri Palatasına istinadən məlumat yayıb.
Bildirilir ki, qərar Misirin Nazirlər Kabineti tərəfindən hələ avqustun 13-də qəbul edilib.
Dəyişiklik həm adi vizalara, həm də elektron vizalara şamil olunacaq.
Misirdə yaydan sınaq rejimində tətbiq edilən və turistin giriş məlumatlarına keçid verən QR-kod formasında olan rəqəmsal vizanın qiyməti isə xidmət haqqı nəzərə alınmaqla 39 dollara çata bilər.
Bununla belə, Şarm əl-Şeyxə 15 günədək müddətə gələn və Sinay yarımaradasını tərk etməyən turistlər üçün ödənişsiz “Sinay möhürü” qüvvədə qalacaq.
Qeyd edək ki, 2026-cı il ərzində Misir vizasının qiyməti artıq ikinci dəfədir artır. Belə ki, 2026-cı il martın 1-də gəlişdə verilən vizanın qiyməti 25 dollardan 30 dollara qaldırılmışdı.
Son xəbərlər
Son Xəbərlər