Moskva vilayətində hərbi təyyarə qəzaya düşdü - Foto

moskva-vilayetinde-herbi-teyyare-qezaya-dusdu
Oxunma sayı: 375

Rusiyanın Moskva vilayətində “Su-57” hərbi təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə vilayət ətrafında yerləşən Lutsino kəndi ərazisində təyyarənin məşq uçuşu zamanı baş verib.

Pilot təyyarəni yaşayış binalarından yayındırmağa imkan tapıb və qəzadan öncə katapult edə bilib.   

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.