Moskvada görüşdüklərini təsdiqlədi

moskvada-gorusduklerini-tesdiqledi
Oxunma sayı: 588

Avqustun 25-i Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff arasında görüş baş tutub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Narişkin jurnalistlərə açıqlamasında bu barədə məlumatı təsdiqləyərək, görüşün keçirilməsində qeyri-adi heç nə olmadığını bildirib.

“Xüsusi xidmət orqanlarının fəaliyyətində rəhbərlərin görüşləri, istər üzbəüz, istərsə də onlayn formatda işimizin bir hissəsidir. Demək olar ki, hər həftə dünyanın müxtəlif qitələrindən olan bu və ya digər xüsusi xidmət orqanının, kəşfiyyat təşkilatının rəhbəri ilə görüşürəm. Buna görə də Con Retkliff ilə keçirilən görüş də işgüzar formatda baş tutmuş görüşdür”, - o qeyd edib.

S.Narişkin həmçinin əlavə edib ki, Retklifflə görüş zamanı kəşfiyyat xidmətlərinin səlahiyyət dairəsinə daxil olan məsələlər müzakirə olunub.

Qeyd edək ki, C.Retkliff avqustun 25-i Moskvaya gözlənilməz səfər edib.