Motosiklet sürücüsünü döyən şəxs danışdı - “Məni işdən çıxaracaqlar”

motosiklet-surucusunu-doyen-sexs-danisdi
Oxunma sayı: 18008

“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.

"Qafqazinfo" xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Qeyd edək ki, Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir.

Həmçinin oxuyun: “Lexus”la motosiklet sürücüsünün ayağının üstündən keçdi, döyüb təhqir etdi - Video

Motosiklet sürücüsünü döyüb təhqir edən şəxs barədə DİN-dən - Açıqlama