Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

mudafie-nazirliyinin-daha-bir-sabiq-idare-reisi-saxlanildi
Oxunma sayı: 10193

Müdafiə Nazirliyinin daha bir sabiq vəzifəli şəxsi tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev DTX-də davam edən cinayət işi üzrə saxlanılıb.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.