Muradovun yerinə gətirilən kimdir?

muradovun-yerine-getirilen-kimdir
Oxunma sayı: 10263

Xəbər verdiyimiz kimi, general-mayor Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, M. Kosobokov bu vəzifədə general-leytenant ​Rüstəm Muradovu əvəzləyib.

Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava Komandanlığı Məktəbini, daha sonra isə Frunze Akademiyasını bitirib.

O, əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb.

Bununla yanaşı, Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Kosobokov 2016-cı ildə Rusiya Prezidentinin sərəncamı ilə general-mayor rütbəsi alıb.