Musa Qurbanlı ingilis dilində danışması ilə gündəmə gəldi - Video

musa-qurbanli-ingilis-dilinde-danismasi-ile-gundeme-geldi
Oxunma sayı: 5313

İsveçin “Yurqorden” klubu ilə müqavilə imzalayan “Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı müsahibəsi ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, Stokholm təmsilçisi ilə müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına ingilis dilində açıqlamalar verib.

M.Qurbanlının ingilis dilində sərbəst danışması azarkeşlərin diqqətini çəkib. Sosial şəbəkələrdə o, digər azərbaycanlı futbolçularla müqayisə olunub.