Ssenari müəllifi və kino redaktoru, Azərbaycan SSR Əməkdar jurnalisti Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
N.İsmayılova Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə bu təltifə layiq görülüb.
Qeyd edək ki, yanvarın 14-də N.İsmayılovanın 88 yaşı olub.
Son xəbərlər
Son Xəbərlər