Nağdəli Xəlilov vəfat etdi

nagdeli-xelilov-vefat-etdi
Oxunma sayı: 3198

Rəssam Nağdəli Xəlilov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə feysbuk hesabında paylaşım edib.

“Ard-arda daha bir dostumuzu itirdik... Azərbaycan incəsənətində özünəməxsus dəsti-xətti olan rəssam Nağdəli Xəlilov vəfat etdi”, - deyə, o yazıb.

Rəssam bu gün Mərdəkan qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, N. Xəlilov 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub.