Naxçıvanda hərbçilərimiz itkin düşdü

naxcivanda-herbcilerimiz-itkin-dusdu
Oxunma sayı: 7209

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb.

Müdafiə Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.