Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.
“Qafqazinfo” “Nuhçıxan”a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun Babək rayonunun Çeşməbasar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “NAZ-Lifan” markalı avtomobillə “Xəzər” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər – 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər