Nazir maddi problemlə üzləşən klublardan danışdı

nazir-maddi-problemle-uzlesen-klublardan-danisdi
Oxunma sayı: 1872

Gənclər və idman naziri Fərid Qayıbov “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol klublarının maddi problemlərlə üzləşməsi ilə bağlı fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə bu gün keçirilən tədbirdə danışıb.

O, sponsorların bu cür klublara sahib çıxması üçün işlər apardıqlarını bildirib: “Müəyyən işlər görürük. Bunun üzərində çox düşünürük. Vəziyyət bizim istədiyimiz kimi deyil. Reallıqlar var və biz bunlarla barışmalıyıq. O klublar özəldirlər. İstəməzdik ki, bağlansın. İnsanların əməyi var. Klubların dağılması idmanımız üçün yaxşı hal deyil”.

Elsevər Məmmədov