Nazir onu idarə rəisi təyin etdi

nazir-onu-idare-reisi-teyin-etdi
Oxunma sayı: 2686

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib.

“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub.

Qeyd edək ki, Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb.

FHN-dən bildirilib ki, bununla bağlı əmr bir müddət əvvəl imzalanıb.