“Nə olacağını görəcəyik” - “Qarabağ”ın futbolçusu

ne-olacagini-goreceyik
Oxunma sayı: 1211

Avropa Liqasının qrup mərhələsinin V turunda sabah İspaniyanın “Sevilya” klubunun qonağı olacaq “Qarabağ”ın futbolçusu Xayme Romero oyunöncəsi mətbuat konfransında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, ispan futbolçu görüş barədə fikirlərini bildirib:

"Güclü rəqibə qaşrı çıxış edəcəyimizin fərqindəyik. Bizə xal lazımdır. Müdafiədə diqqətli olmalı və şanslarımızı gözləməliyik. Baş məşqçimizin dediyi fikirlərə qatılıram. İlk oyunda 3-cü qoldan sonra da rəqib hücum edirdi. Heç olmasa 1 xal qazanmağa çalışacağıq. Müdafiədə diqqətli olmalıyıq. Boşluqlar buraxmamalıyıq. Əldə etdiyimiz imkanlardan yararlanmalıyıq. Nə olacağını görəcəyik"