Neft Fondunun büdcəsinə dəyişiklik təsdiqləndi

neft-fondunun-budcesine-deyisiklik-tesdiqlendi
Oxunma sayı: 2709

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2430 nömrəli Fərmanında dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirlər 12 073 255,5 manatdan 14 109 215,6 manata, xərcləri 12 900 232,5 manatdan 12 904 943,4 manata çatdırılıb.