İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti sahildən tapıldı - Fotolar

istanbulda-itkin-dusen-azerbaycanli-qadinin-meyiti-sahilden-tapildi
Oxunma sayı: 1652

İstanbulda Kadıköy–Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən 44 yaşlı Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti sahildən tapılıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə mayın 2-si axşam saatlarında baş verib.

Məlumata görə, M. Hüseynova Kadıköydə bərəyə minsə də, Beşiktaş sahilində bərədən düşdüyünə dair heç bir kamera görüntüsü aşkar edilməyib. Onun çantası isə sərnişin bərəsində tapılıb.

Faktla bağlı aidiyyəti qurumlar genişmiqyaslı axtarış əməliyyatına başlayıblar. Bir neçə günlük axtarışlardan sonra qadının meyiti Haydarpaşa sahilləri yaxınlığında aşkar olunub. Qadının meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi üçün tibbi ekspertizaya göndərilib.

Hazırda Türkiyə hüquq-mühafizə orqanları hadisənin bədbəxt hadisə, yaxud intihar olması ehtimalını araşdırır.