Ermənistanın paytaxtı İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə səfərinə etiraz olaraq bu ölkənin dövlət bayrağı yandırılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə “Yerablur” hərbi panteonunun ərazisində baş verib.
Aksiyanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, aksiya iştirakçısı bu addımı Zelenskinin İrəvana səfərinin erməni xalqı üçün “təhqir” olması ilə əsaslandırıb:
“Burada Ukraynanın göndərdiyi fosforlu silahlarla yandırılan qardaşlarımız əbədi yuxuya gedib. Bu gün isə həmin ölkənin prezidenti bura fəxri qonaq kimi gəlib. Biz bu rüsvayçılığın iştirakçısı olmaq niyyətində deyilik”.
Xatırladaq ki, V. Zelenski Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsində bu ölkəyə səfər etmişdi.
Onu da bildirək ki, ötən ay İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçirilən yürüşdə Türkiyə bayrağı yandırılmışdı.
Son xəbərlər
Son Xəbərlər