Azərbaycan əsilli tanınmış reper “Navai” (Nəvai Bəkirov) Rusiyanın paytaxtı Moskvada lüks avtomobili ilə qəzaya düşüb.
“Qafqazinfo” “Ostorojno, Moskva” teleqram kanalına istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində baş verib.
Şahidlərin iddiasına görə, qəzadan sonra reper tanınmamaq üçün geyimini dəyişərək hadisə yerində gizlənməyə çalışıb.
Hazırda polis əməkdaşları əraziyə cəlb olunub, hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, N. Bəkirov “HammAli & Navai” duetinin üzvü kimi geniş şöhrət qazanıb və lüks avtomobillərə olan marağı ilə tanınır.
Son xəbərlər
Son Xəbərlər