Rusiya ilə sərhədi bağladılar

rusiya-ile-serhedi-bagladilar
Oxunma sayı: 1357

Abxaziyanın Psou çayı boyunca Rusiya ilə dövlət sərhədi pilotsuz təyyarələrin təhdidləri səbəbindən müvəqqəti olaraq bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Abxaziya Dövlət Təhlükəsizliyi Xidmətinin Sərhəd İdarəsi məlumat yayıb.

İdarənin rəhbəri və sədr müavini Rüstəm Latipovun sözlərinə görə, sərhəd Soçiyə pilotsuz təyyarənin hücumu səbəbindən bağlanıb. O əlavə edib ki, hava hücumundan müdafiə sistemləri bitişik ərazidə fəaliyyət göstərir.