“Nepala lazımi yardımı göstərməyə hazırıq”

nepala-lazimi-yardimi-gostermeye-haziriq
Oxunma sayı: 260

“Amerika hakimiyyəti dağıdıcı daşqınlardan sonra Nepala lazımi yardımı göstərməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.

Məlumata görə, Vaşinqton artıq ölkə rəhbərliyi ilə əlaqə saxlayıb və zəruri olan hər şeyi təmin etməyi təklif edib.

“Nepal ilə çox yaxşı münasibətlərimiz var”, - deyə Tramp vurğulayıb.

Tramp fəlakətdən sonra itkin düşənlər arasında təxminən 50-60 ABŞ vətəndaşının ola biləcəyini bildirib.