Nepalda baş verən daşqınlarda ölənlərin sayı 1386 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadla məlumat yayıb.
Bildirilib ki, 5100-dən çox insan itkin düşmüş hesab olunur.
Xatırladaq ki, avqustun 26-da Nepal və Çinin sərhədyanı bölgələrində güclü daşqın baş verib. İlkin ehtimala görə, buna zəlzələ nəticəsində buzlağın çökməsi səbəb olub.
Son xəbərlər
Son Xəbərlər