Nərgiz Absalamova saxlanıldı

nergiz-absalamova-saxlanildi
Oxunma sayı: 8054

“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı sorğumuza cavab olaraq bildirib ki, N.Absalamova saxlanılıb, hazırda araşdırma aparılır.

Qeyd edək ki, daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.