Nərimanovdakı yanğın söndürüldü - Yenilənib-Video

nerimanovdaki-yangin-sonduruldu
Oxunma sayı: 1185

Paytaxtın Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarının birində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın binanın sonuncu mərtəbəsində qeydə alınıb.

***

FHN-in Mətbuat xidmətinin məlumatına görə, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.