Nevzorovun xanımına da qiyabi həbs qərarı verildi

nevzorovun-xanimina-da-qiyabi-hebs-qerari-verildi
Oxunma sayı: 439

Sankt-Peterburq məhkəməsi jurnalist Aleksandr Nevzorovun həyat yoldaşı Lidiya Nevzorovanı qiyabi həbs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Darya Lebedeva məlumat yayıb.

Həbs qərarı Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi tərəfindən çıxarılıb.

Məlumata görə, Lidiya Alekseyevnaya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.3-cü maddəsinin 1-ci hissəsi (ekstremist fəaliyyətin maliyyələşdirilməsi) ilə qiyabi ittiham irəli sürülüb. Qətimkan tədbiri Rusiya ərazisinə ekstradisiya olunduğu və ya ölkə ərazisində saxlanıldığı andan etibarən iki ay müddətinə seçilib.

Onu da bildirək ki, Aleksandr Nevzorov və Lidiya Nevzorova Rusiyada ekstremist birləşmənin üzvləri, terrorçu və ekstremistlər siyahısına daxil ediliblər.

Qeyd edək ki, yaz aylarında Nevzorovun malikanəsinin müsadirə olunduğu bildirilmişdi. Dövlət Əmlakının İdarə Olunması üzrə Federal Agentliyin (“Rosimuşşestvo”) məlumatına görə, jurnalistin Fin körfəzi sahilində yerləşən torpaq sahələri və evi dövlət mülkiyyətinə keçib. Gələcəkdə həmin evdə muzeyin açılması planlaşdırılır.

Xatırladaq ki, bundan öncə Boris Nemstovun qızı Janna Nemtsova, bloqer Hüseyn Həsənov və teleqramın qurucusu Pavel Durovun da Rusiya tərəfindən qiyabi həbsləri elan olunmuşdu.