Niderland Ukraynaya 150 milyon dəyərində yeni yardım paketi hazırlayıb

niderland-ukraynaya-150-milyon-deyerinde-yeni-yardim-paketi-hazirlayib
Oxunma sayı: 928

Niderland Çexiyanın Ukrayna üçün qısa müddətdə 800 min artilleriya mərmisi almaq planına daha 150 milyon avro ayıracağına söz verib.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Niderlandın Baş nazir səlahiyyətlərini icra edən Mark Rutte deyib.

Qeyd edək ki, daha əvvəl Niderland Ukraynaya hərbi yardım məqsədilə 2 milyard avro vəsait ayırıb.