Nikah ərəfəsində ayrıldılar - Fotolar

nikah-erefesinde-ayrildilar
Oxunma sayı: 3052

Türkiyəli aktrisa Rabia Soytürk evlənmə ərəfəsində olduğu memar sevgilisi Samet Vuruşanla yenidən ayrılıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, cütlük sosial mediada bir-birilərini izləmədən çıxarıblar.

Məlumata görə, bir neçə ay öncə evlənmə qərarı alan cütlük instaqram hesabında birlikdə olduqları paylaşımları da siliblər.

Xatırladaq ki, Rabia Soytürk “Benim adım Melek”, “Duy Beni”, “Veda Mektubu” və başqa seriallarda rol alıb.