“Niyaz Niftiyevi niyə həbsdə saxlayırsız?” - Sabir Rüstəmxanlı

niyaz-niftiyevi-niye-hebsde-saxlayirsiz
Oxunma sayı: 4461

Deputat Sabir Rüstəmxanlı tanınmış jurnalist Niyaz Niftiyevin həbsxanada saxlanılmasına etiraz edib.

“Qafqazinfo”nun xəbərinə görə, deputat bildirib ki, bələdiyyə sədri seçilən Niftiyevi guya rüşvət almaqda ittiham edərək həbs ediblər:

“ O, 1 il 3 aydır ki, həbsdə saxlanılır. Jurnalistdir, keçdiyi yola hörmət etmək lazımdır. Oğlu əsgərlikdədir, anası xəstədir. Haqqında hələ də hökm çıxarılmayıb. Bəs onda niyə həbsdə saxlayırsınız?”

Günel Türksoy