Norveç Kralı vəfat etdi

norvec-krali-vefat-etdi
Oxunma sayı: 702

Bu gün Norveç Kralı V Harald 89 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Kral Sarayı məlumat yayıb.

Bildirilib ki, qanında bakterial infeksiya aşkarlanan V Harald müalicə üçün yerləşdirildiyi Oslodakı milli xəstəxanada yerli vaxtla 06:35-də dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, 35 ildir taxtda olan V Harald XIV əsrdən bəri Norveçdə doğulan ilk Norveç kralı olub.

Qeyd olunub ki, onun yerinə oğlu Haakon taxta çıxacaq.