Nyu-Cersi suya qərq oldu - Video

nyu-cersi-suya-qerq-oldu
Oxunma sayı: 693

ABŞ-nin Nyu-Cersi ştatında şimal-şərq fırtınasının gətirdiyi güclü yağışlar daşqınlara səbəb olub.

“Qafqazinfo”  xəbər verir ki, yağıntılar nəticəsində yollar su altında qalıb, bəzi evlərə su dolub.

Fırtınanın Nyu-Cersi və Delaver ştatlarına daha çox təsir edəcəyi gözlənilir.

Güclü hava şəraiti ölkənin şimal-şərqində elektrik enerjisinin verilişində də fasilələrə səbəb olub. 70 mindən çox evin elektriksiz qaldığı bildirilib.