Nyu-Yorkda bir həftədə ikinci təyyarə qəzası

nyu-yorkda-bir-heftede-ikinci-teyyare-qezasi
Oxunma sayı: 1152

Nyu-York ştatında göyərtəsində 6 nəfərin olduğu kiçik təyyarə qəzaya uğrayıb, ən azı bir nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Mitsubishi MU-2B” təyyarə Kopake şəhəri yaxınlığındakı qəzaya uğrayıb.

Hadisənin səbəbi və təyyarədə olan digər şəxslərin sağlamlıq durumu barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu, həftə ərzində Nyu-Yorkda baş verən ikinci aviasiya qəzasıdır.