Nyu-Yorkda helikopter Hudson çayına düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.
***
“Associated Press”in məlumatına görə, qəza nəticəsində azı 6 nəfər ölüb.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb.