“Qafqazinfo” xəbər verir ki, “Baku” jurnalının mart nömrəsi nəşrin baş redaktoru Leyla Əliyevanın bu sözləri ilə başlanır. Azərtacın yaydığı xəbərə görə, baş redaktorun məqaləsi Bakıda keçirilən Dördüncü Beynəlxalq Muğam Festivalına həsr edilib. Leyla Əliyeva qeyd edir ki, festival dövründə keçirilən beynəlxalq müsabiqə adətən bizi yeni parlaq istedadlarla tanış edir. Baş redaktor yazır: “Bir qayda olaraq, festival bahar bayramı – Novruz ərəfəsində başa çatır. Bunun rəmzi mənası ondan ibarətdir ki, ənənə yaşayır və yeniləşir: o, müəllimdən şagirdə keçməklə ölməzlik qazanır”.
Leyla Əliyevanın fikrincə, xanəndə Alim Qasımov hazırda dünyada ən çox rəğbət qazanmış muğam ifaçılarından biridir. Baş redaktor hesab edir ki, Alim Qasımovun populyarlığının sirri texnikanı mükəmməl mənimsəməsi və klassikanı virtuozcasına interpretasiya etməyi bacarmasındadır. Bu, əyani şəkildə sübut edir ki, novatorluq ənənəni inkar etmir, onu yalnız gücləndirir. Lakin bu, yalnız böyük istedad sahiblərinə müyəssər olur.
Son xəbərlər
Son Xəbərlər