Türkiyədə “Veliaht” serialı gözlənilən reytinqləri əldə edə bilmədiyi üçün yayımdan çıxarılır.
“Qafqazinfo” xəbər verir ki, “Show TV” kanalında yayımlanan serial 26-cı bölümü ilə final edəcək.
Məlumata görə, serialın bağlanması qərarında əsas səbəb iqtisadi çətinliklər olub. FARO və “Gold Yapım” tərəfindən istehsal olunan layihənin uzun müddətdir maliyyə baxımından zərərdə olduğu bildirilib.
Bildirilib ki, çəkiliş qrupu Qars şəhərində işləri başa vurduqdan sonra İstanbula qayıdacaq və serialın son – 26-cı bölümü burada çəkiləcək.
Serialın son bölümlərindən birində Bora Akkaşın canlandırdığı Zafer obrazının ölüm səhnəsi diqqət çəkib. Bildirilir ki, serialı yaxından izləyən məşhur müğənni Sezen Aksu bu səhnədən təsirlənərək, “Kar” adlı mahnı yazıb.
Qarsda çəkilişlərinin aparılması və fərqli hekayə xətti səbəbindən serial sosial mediada tez-tez müzakirə olunsa da, gözlənilən izləyici sayına çata bilməyib.
Son xəbərlər
Son Xəbərlər