Odessa atəşə tutuldu - Ölən və yaralananlar var

odessa-atese-tutuldu
Oxunma sayı: 1977

Ötən gün Ukraynanın Odessa şəhəri yenidən atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper məlumat yayıb.

O bildirib ki, Rusiyanın zərbə dronları vasitəsilə həyata keçirdiyi hücumda bir nəfər ölüb, biri uşaq olmaqla yeddi nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin orta ağır olduğu açıqlanıb.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.